“Qalatasaray”ın oyunu yarımçıq qaldı – Rəqib meydanı tərk etdi – Video

“Qalatasaray”ın oyunu yarımçıq qaldı – Rəqib meydanı tərk etdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Super Liqasının 23-cü turunda “Rams Park”da oynanılan “Qalatasaray” – “Adana Demirspor” matçında gərgin anlar yaşanıb.

Tribunainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana təmsilçisinin futbolçuları “Qalatasaray”ın 1:0 üstünlüyü ilə davam edən matçın 30-cu dəqiqəsində meydanı tərk etmək qərarına gəlib.

Məlumata görə, buna səbəb matçın 12-ci dəqiqəsində baş hakimin “Adana Demirspor”un qapısına təyin etdiyi penalti qərarı olub. “Adana Demirspor”un baş məşqçisi Mustafa Alper Avcının göstərişi ilə meydandan çəkilən oyunçuların bəziləri birbaşa, bəziləri isə bir müddət meydanda gözlədikdən sonra paltardəyişmə otağına yollanıb.

Beləliklə qarşılaşma təxirə salınıb.

Qeyd edək ki, İstanbul təmsilçisinin heyətində penaltini kluba yeni transfer olan Alvora Morata vurub.