Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçirilməli olan “Qalatasaray” – “AZ Alkmaar” matçı təxirə salına bilər.
Tribunainfo.az xəbər verir ki, buna səbəb İstanbuldakı sərt və qarlı hava şəraitidir.
Hazırda “Rams Park” stadionunda təmizlənmə işləri getsə də, vəziyyət ürəkaçan deyil.
Meydanı hazır vəziyyətə gətirmək üçün işlər matç başlayanadək davam edəcək. İsitmə sistemi və işıqlar daim aktiv vəziyyətdə olacaq. Lakin Altay qar fırtınası oyunun gerçəkləşməsinə mane ola bilər.
Qeyd edək ki, “Qalatasaray” – “AZ Alkmaar” oyunu bu gün Bakı vaxtı ilə saat 21:45-də başlamalıdır. Komandalar arasında ilk matçda Niderland klubu 4:1 hesablı qələbə qazanıb.