PSJ-nin və Argentina milli komandasının mərkəz yarımmüdafiəçisi Leandro Parades karyerasını Türkiyədə davam etdirə bilər.
“Qalatasaray” dünya çempionunu İstanbula gəlməyə razı salmaq üçün çalışır.
Bu barədə insayder Nikola Skira sosial şəbəkə hesabında paylaşım edib.
“Qalatasaray” PSJ ilə Peredes üçün 6 milyon avroluq təzminat məbləğini razılaşdırıb. Türkiyə klubu Leandro üçün 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə də hazırlayıb.
Qeyd edək ki, Paredesin həmyerlisi, məhz PSJ-dən gələn Mauro İkardi də “Qalatasaray”da çıxış edir. Hücumçu ötən mövsüm Türkiyə çempionatında 22 qol vurub, 7 məhsuldar ötürmə edib.