“Qala Sığorta”nın biznes itkiləri 4 milyon manatı ötdü

“Qala Sığorta”nın biznes itkiləri 4 milyon manatı ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-fevral yalarında “Qala Sığorta”nın yığımları 4,1 milyon manat azalıb.

İqtisadiyyat.az xəbər verir ki, sığorta şirkəti bu ilin ilk iki ayında 9,26 milyon manat sığorta yığımı toplaya bilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 31% azdır. 2023-cü ilin yanvar-fevral aylarında “Qala Sığorta”nın yığımları 13,39 milyon manat təşkil edib.

Sığorta şirkəti bu dövrdə 1,7 milyon manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 20% çoxdur. Belə ki, 2023-cü ilin eyni dövründə şirkətin ödənişləri 1,4 milyon manat təşkil edib.

Yığımların azalması və ödənişlərin artımı sığorta şirkətinin zərərliliyinə (ödəniş-yığım nisbəti) mənfi təsir edib. Belə ki, “Qala Sığorta” 2023-cü ilin yanvar-fevral aylarında topladığı hər 100 manata görə 11 manat ödəniş edibsə, bu ilin eyni dövründə bu rəqəm 18 manata yüksəlib.