“Qala Sığorta” əvvəlki kimi qazana bilmir- mənfəətdə 700 min manat azalmabackend

“Qala Sığorta” əvvəlki kimi qazana bilmir- mənfəətdə 700 min manat azalma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qala Sığorta” 2023-cü ili 9,89 milyon manat xalis mənfəətlə bitirib.
Valyuta.az-ın hesablamasına görə, bu əvvəlki ilə nisbətən 6,4% və ya 674,6 min manat azdır. Halbuki, sığorta şirkəti 2022-ci ili 10,57 milyon manat xalis mənfəətlə bitirmişdi.
Hesabat dövründə, “Qala Sığorta”nın əsas əməliyyat gəlirləri 57,3% artaraq 65,13 milyon manata bərabər olub. 2022-ci ildə bu rəqəm 41,4 milyon manat təşkil edib.
Sığorta şirkətinin investisiya gəlirləri 2,85 milyon manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 48,3% və ya 929.5 min manat çoxdur. Bu dövrdə, “Qala Sığorta”nın subroqasiya gəlirləri 6,1% azalaraq 219,7 min manata enib, sair gəlirləri isə 6,7 dəfə artaraq 889,3 min manat olub. Nəticədə, şirkətin cəmi gəlirləri 55,38 milyon manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 30,6% çoxdur.
Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 62% artaraq 25,18 milyon manata, sığorta ödənişləri 59,7% artaraq 9,62 milyon manata, işlərin aparılması xərcləri isə 32% artaraq 17,84 milyon manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 48% artaraq 43,3 milyon manat təşkil edib.
2023-cü ildə “Qala Sığorta”nın maliyyə mənfəəti 7.6% azalaraq 12,35 milyon manata enib.
Ötən il “Qala Sığorta”nın cəmi aktivləri 11% artaraq 69,96 milyon manata, cəmi öhdəlikləri 12,9% artaraq 43,66 milyon manata, cəmi kapitalı isə 7,8% artaraq 26,3 milyon manata bərabər olub.