Nərimanov rayonunda içində yaşayış olan həyət evlərinin üstündə bina inşa edən qalmaqallı “Qala Qaya” MMC ilə bağlı narazılıq edən sakinlərin məhkəməyə müraciəti davam edir.
Tribunainfo.az xəbər verir ki, tikinti şirkəti ilə bağlı iddianı evinin üstündə bina inşa edilən Mövlamov Rövşən Allahverdi oğlu qaldırıb. İddiaçı üzləşdiyi problemlə bağlı dəfələrlə aidiyyəti orqanlara, Nərimanov rayon İcra Hakimiyyətinə müraciətlər edib. Heç bir nıticə əldə edə bilmədiyi üçün məhkəməyə üz tutub.
İşin mahiyyəti mülklə bağlıdır. Şikayətçi iddia edir ki, “Qala Qaya” MMC onun evinə bitişik bina inşa edir və binanın balkonun onun evinin üzərinə düşür.
İş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 5 noyabr tarixində hakim Solmaz Əbilovanın sədrliyi ilə işə baxılacaq.
Tərəfləri dinləməyə hazırıq.
Nigar