“Qala Həyat” sığorta şirkəti məhkəməyə verildibackend

“Qala Həyat” sığorta şirkəti məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qala Həyat” sığorta şirkəti ilə bağlı növbəti dəfə məhkəməyə müraciət olunub.

Tribunainfo.az xəbər verir ki, sığorta şirkəti ilə bağlı iddianı Həsənli Mais Rövşən oğlu, Həsənli Nihad Rövşən oğlu qardaşları qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Şirkət onunla bağlanan sığorta müqaviləsinin şərtlərinə əməl etməyib.

Şirkətlə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 16 oktyabr tarixində hakim Azad İmanovun sədrliyi ilə işə baxılacaq.

Roman