“Qala Həyat” sığorta şirkətinin sığorta yığımların bu ilin yanvar-iyun aylarında 10,94 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,7% və ya 916 min manat azdır.
“Yeni Sabah” xəbər verir ki, ötən ilin eyni dövründə həyat sığorta şirkəti 11,86 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Bu ilin ilk yarısında “Qala Həyat”ın sığorta ödənişləri 3,19 milyon manata bərabər olub. Son bir ildə həyat sığorta şirkətinin ödənişləri 2,2 dəfə və ya 1,75 milyon manat artıb.
Sığorta şirkətinin yığımlarının azalması fonunda ödənişlərində kəskin artım onun zərərliliyinə (ödəniş-yığım nisbəti) mənfi təsir edib. “Qala Həyat”ın zərərliliyi 12,2%-dən 29,2%-ə yüksəlib.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Azre Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.