“Qala Group” MMC – MƏHKƏMƏYƏ VERİLİBbackend

“Qala Group” MMC – MƏHKƏMƏYƏ VERİLİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qala Group” MMC-yə idarəçilik qaydaları əleyhinə olan ( İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi) inzibati xəta protokolu tərtib olunub.
Tribunainfo.az FED.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

İş Bakı Şəhəri Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin icraatındadır.