backend

“QAFQAZ”IN TƏLƏBƏLƏRİNİN TALEYİ NECƏ OLACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bəzi universitetlərin fəaliyyəti dayandırılmasıməsələsi sosial media gündəmindən düşmək bilmir.  

Azərbaycanda bəzi universitetlərin fəaliyyəti dayandırılması məsələsi sosial media gündəmindən düşmək bilmir. 

Ölkənin ən prestijli universitetlərindən sayılan Qafqaz Universitetinin bağlanması isə ən çox orada təhsil alan  tələbələri narahat edir.  Xatırladaq ki, Türkiyənin Ali Təhsil Şurası – YÖK (Yüksək Öyrətim Kurulu) dünyanınmüxtəlif ölkələrində “Gülən məktəbləri” şəbəkəsinə daxil olan ali təhsil ocaqlarının diplomlarının tanınmaması haqda rəsmi qərar qəbul etmişdi. Qərara əsasən,  yanız 2016-2017-ci illərdənsonrakı məzunların diplomları tanınacaq.  Qafqaz Universitetidə “Gülən şəbəkəsi”nə daxil edildiyindən, bu qərarın elanı ona gətirib çıxarıb ki, hazırda ali məktəbdə təhsil alan 150 nəfərdən çox türkiyəli tələbə təhsilini yarımçıq qoyaraq, öz ölkələrinə geri dönüblər. Diplomları Türkiyədə və Azərbaycanda tanınmayan tələbələr təbii ki bir mütəxəssis kimi qəbul edilməyəcək.  Bəs bu  tələbələrin sonrakı aqibəti necə olacaq?   

Təhsil eksperti Kamran Əsədov  TİA.AZ-a  Qafqaz Universitetinin bağlanması məsələsindən danışaraq bildirib ki, Türkiyədə baş verən 15 iyul dövlət çevrilişinə cəhddən sonra orda baş verən hadisələrin digər türkdilli ölkələrə də təsir göstərəcəyi qaçılmaz idi: ” Bir neçə ilə vvəl Türkiyə Azərbaycanda bu tipli nurçu icmalarına qarşı mübarizəyə başlamışdı. Əslində Qafqaz Universiteti fəaliyyətini keçən il dayandırmışdı. Amma idarəetmədə dəyişiklik edilməsi ilə müəyyən müddət saxlandı. Qeyd etmək istəyirəm ki, Qafqaz Universitetinin məzunlarının diplomlarının tanınması problemi Azərbaycan ərazisində deyil, Türkiyədə qüvvədədir. Yəni bu Universitetin diplom almış məzunları Türkiyədən başqa bütün ölkələrdə rahat şəkildə təhsil sənədlərindən istifadə edə bilər. Amma ən ciddi problemlər hazırda oxuyan tələbələrin taleyi ilə bağlıdır. Hesab edirəm ki, onlar ixtisasları üzrə Azərbaycan Diplomatik Akademiyası, UNEC (İqtisad Universiteti) Azərbaycan Neft və Sənaye Universiteti, Bakı Neft Məktəbi kimi nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər. Qafqaz Universitetinin inzibati binası isə yeni yaradılmış Bakı Mühəndislər Universitetinin istifadəsinə veriləcək”.

 

Nilufər