“Qafqazda yeni geosiyasi qarşıdurma riski yaranır”

“Qafqazda yeni geosiyasi qarşıdurma riski yaranır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi layihəsinin məqsədi yalnız Naxçıvanla Azərbaycanı birləşdirmək deyil, həm də İrana Şimal-Cənub və Şərq-Qərb tranzit yolu üzərində təzyiq yaratmaqdır”.

Tribunainfo..az bildirir ki, bu fikirləri iranlı ekspert Hirad Moxayeri “Keyhan” qəzetinə müsahibəsində səsləndirib.

O bildirib ki, dəhlizə “Tramp körpüsü” adının verilməsi təsadüfi seçim deyil. “Bu, ABŞ prezidenti Donald Trampın İrana qarşı yürütdüyü “maksimum təzyiq” siyasətinə bir göndərişdir”.

Moxayeri onu da deyib ki, “Tramp körpüsü” layihəsi Zəngəzur dəhlizinin yeni mərhələsi kimi ortaya çıxmaqla, Cənubi Qafqazda rəqabəti dərinləşdirir. “Bu, İran, Rusiya, Azərbaycan, eləcə də Qərb arasında yeni geosiyasi qarşıdurma xəttini formalaşdırır”.

Fərda Uğur