“Qafqaz regionunda təhlükəsizlik regiondaxili koordinasiya tələb edir”. Tribunainfo.az xəbər verir ki, bunu İranın XİN başçısı Abbas Əraqçı deyib.
O bildirib ki, bölgənin problemləri ilə kənar qüvvələrin məşğul olması faydasızdır. Onun sözlərinə görə, kənar oyunçular Qafqaza sülh gətirə bilməzlər. “Ona görə də, regionda yalnız region ölkələrinin koordinasiyalı addım atması lazımdır ki, dayanıqlı sülhə nail ola bilək”.