Lənkəranda “Qafqaz” otellər şəbəkəsinin daha biri açılmalı imiş. Lakin məlum olub ki, bu plan təxirə salınıb. Məlumat Tribunainfo.az-a verilib. Bildirilib ki, səbəb şəbəkənin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasından çıxmasıdır. Lənkərandakı “Qafqaz” otel isə adını dəyişib. Ümumiyyətlə, naziri Heydərova məxsus “Qafqaz” otellər şəbəkəsi əlindən çoxdan alınıb. Lakin əl dəyişməsi də bu otellər şəbəkəsinin inkişafına səbəb olmayıb.
Misal üçün Lənkərandakı “Qafqaz Sahil Hotel” ad dəyişərək dəyişərək ”Kaspıa” olub. Qəbələdə yerləşən “Qafqaz Yeddi Gozel Hotel”in adı dəyişdirilərək “Kaspıa Yeddi Gozel Hotel Gabala”, Lənkəranda yerləşən “Qafqaz Sahil Hotel”in adı dəyişdirilərək “Kaspıa Sahil Hotel Lankaran” adı verilib.
“Gilan Holdinq”ə daxil olan “Qafqaz” otellər şəbəkəsinə 13 otel daxil olub və bu mülklərin sahibi isə nazir idi. İndisə ona aid olmasa da, otellərin sayı artmır. Eyni zamanda, reklamı zəif gedir, bu otellərə müraciətlər hədsiz dərəcədə azalıb.