backend

“Qafqaz” dövlət universiteti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafqaz” Universitetinin ləğv olunması ilə bağlı “Vergilər” qəzetində dərc olunan məlumata universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib. 

“Qafqaz” Universitetinin ləğv olunması ilə bağlı “Vergilər” qəzetində dərc olunan məlumata universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib.

Rektor AzVision.az-a açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi Universitetinin fəaliyyətini 9 yanvar tarixindən dayandırıb.

“Hazırda Universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək”.

Rektor universitetin yerində qalacağını, tədris prosesinin davam edəcəyini qeyd edib. “Burada müəllimlər işləyir, tələbələr oxuyur. Təhsil proses olduğu kimi davam edir”.