ABŞ -Türkiyə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına töhfə verə bilər. Ancaq Ermənistan rəhbərliyi ABŞ – Türkiyə birgə formatından imtina edərsə, Yerevan üçün ən pis ssenari olacaq.
Tribunainfo.az yazır ki, bu barədə danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Lui Bononun regiona səfərinin təkcə ABŞ deyil, ABŞ Türkiyə birgə formatının nümayəndəsi kimi də xarakterizə etmək olar:
“Səfərin məqsədi Ermənistana Türkiyənin vasitəçiliyini qəbul etdirmək, həmçinin ABŞ və Türkiyənin birgə təşəbbüsü formatında sülh danışıqlarına başlanmasını hər iki tərəflə razılığa gəlməyə nail olmaqdır.
Məhz ABŞ diplomatının Ermənistana səfərindən sonra N.Paşinyan Azərbaycanın anklav olmayan dörd kəndinin Ermənistana aid olmadığını vurğuladı. Həmçinin cənab prezident İlham Əliyev də Bakı forumunda Ermənistanla sülhə çox yaxın olunduğunu vurğuladı. Göründüyü kimi ABŞ -Türkiyə formatı iki ölkə arasında real sülhün əldə edilməsinə töhfə verə bilər.
Hazırda Azərbaycan ABŞ və Türkiyə formatına üstünlük verməsi mümkündür. Bu formatda Azərbaycan və Ermənistan liderləri yaxın perspektivdə ikitərəfli vasitəçisiz olmadan görüşə bilər.
Məhz Rusiya Azərbaycanla Ermənistan arasında mümkün sülh təşəbbüsünün qarşısını almaq üçün Ermənistan tərəfindən təxribatlara əl ata bilər. Bundan əlavə, Fransa da Türkiyə və ABŞ ənənəvi rəqibidir. Paris də Yerevanı bu formatdan uzaqlaşdıra bilər. Əgər Ermənistan rəhbərliyi ABŞ Türkiyə birgə formatından imtina edərsə, Yerevan üçün ən pis ssenarilər ola bilər”.
Roman