Qafar Dəmirçinin apellyasiya şikayəti RƏDD EDİLDİ

Qafar Dəmirçinin apellyasiya şikayəti RƏDD EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Plazalar kralı” kimi tanınan iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçinin apellyasiya şikayəti təmin edilməyib.

Musavat.com xəbər verir ki, məhkəmə onun barəsində seçilmiş 3 aylıq həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

Qafar Dəmirçi Şəki rayonunda meşəlik ərazilərdə qanunsuz ağac kəsməklə təbiətə təxminən 8 milyon manat ziyan vurmaqda ittiham olunur.

Onun rəhbərlik etdiyi “Monte Ferro” şirkətinin əməkdaşları ilə birlikdə Cinayət Məcəlləsinin 259.3-cü maddəsi (ağacları kəsmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) ilə cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilən Dəmirçiyə əlavə ittihamların irəli sürüləcəyi gözlənilir.