“QAFANDA AZƏRBAYCANA QARŞI TƏXRİBATLARA HAZIRLIQ GEDİR”

“QAFANDA AZƏRBAYCANA QARŞI TƏXRİBATLARA HAZIRLIQ GEDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

N. Paşinyanı Qafan aeroportuna düşməyə icazə verməmək lazım idi. Qafanda Azərbaycana qarşı yeni təxribatlara hazırlıq gedir. Ermənistan Zəngəzuru təkcə hərbiləşdirmir, beynəlxalq diqqəti buraya cəlb edir. Qafanda konsulluqlar açması məhz bu prosesin tərkib hissəsidir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar faktiki dayanıb. Bu danışıqların dayandırılmasının arxasında Rusiya və Fransa dayanır:

“Rusiya Qarabağın reinteqrasiya prosesinə mane oldu. Fransa da Ermənistana bir neçə silah növü verməklə, sülh danışıqlarından çəkindirdi. Ermənistanla yeni müharibə riski var. Növbəti aylarda Ermənistan hərbi təxribatlara əl atması mümkün ola bilər.

Ermənistan hərbi təxribatlara getməklə Azərbaycana yeni təzyiqlərin formalaşmasına çalışacaq. Birinci, Laçın yolunun əvvəlki vəziyyətinə qaytarmaq. İkinci, Qarabağa Kosovo modeli tətbiq etmək. Ermənistan Baş naziri Nikol Paşinyan əvvəlki mövqeyindən geri çəkilərək daha da radikal mövqeyə keçməsi görünür. Ona görə də Ermənistanı sülhə məcbur etmək üçün mütləq şəkildə təzyiqlər həyata keçirilməlidir. Hətta Qafan aeroportuna tam nəzarəti götürməklə Xocalı aeroportuna eyni ssenarini tətbiq etmək lazımdır”.