Pensiya islahatları ilə bağlı yeni qanun layihəsində qadınların 65 yaşdan sonar pensiyaya çıxması nəzərdə tutulması ilə bağlı məlumatlar yayılıb.
Pensiya islahatları ilə bağlı yeni qanun layihəsində qadınların 65 yaşdan sonar pensiyaya çıxması nəzərdə tutulması ilə bağlı məlumatlar yayılıb.
Qanunun Milli Məclisin yaz sessiyasında müzakirə olunması gözlənilir. 2008- ci ildən dünyada başlanan və son illər daha kəskin xarakter alan maliyyə-iqtisadi böhranın da təsir etməsi, maliyyə çatışmazlığının yaranması da buna səbəbdir. Bildiyiniz kimi, bir neçə il öncəki dəyişiklikdən sonra ölkədə qadınların pensiya yaş həddi 60 yaşa qaldırıldı. İndisə qadınların pensiya yaş həddinin daha 5 il artırılması, kişilərlə bərabər 65 yaşa qaldırılması təklif olunur. Qadınlar da artıq kişilər kimi, 65 yaşında pensiyaya çıxacaqlar. Fevralın 3-də parlamentin müvafiq komitəsində keçiriləcək müzakirələrə nazir Səlim Müslümovun da qatılmasını bununla bağlamaq olar. Qeyd edək ki, pensiyaya çıxmaq üçün tələb olunan minimum iş stajının və ya pensiya yaşının artırılması hökumətin bu istiqamətdə xərclərinin azaldılmasına kömək edir. Əvvəlki pensiya yaşının artırılmasından sonra əldə edilən nəticələr bunu təsdiqlədi.
Hökümətin belə bir addım atmasını iqtisadçı alim Ağasəf İmran TİA.AZ-a bu belə açıqladı: “ Dövlət tərəfindən verilən hər hansı qərar müzakirə oluna bilməz. Amma bu indiki zamanda müsbət hesab olunmayacaq. Çünki yaş həddinin qaldırılması heç də infilyasiyanın, böhranın qarşısını almağa elə də böyük təsiri olmayacaq. Qadınlar ən çox əziyyət çəkən təbəqədir. Ona görə də yaş həddi olduğu kimi saxlanmalı idi. Xüsusən də infilyasiyanın, devalivasiyanın bu zamanında heç də yaxşı qarşılanmayacaq”.
Qeyd edək ki, sonuncu dəfə pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilib. Həmin qərara görə, 2010-2012-ci illərdə kişilərin pensiya yaşı 62-dən 63-ə, 2010-2016-cı illərdə qadınların pensiya yaşı 57-dən 60-a yüksəldilmişdi. Avropa ölkələrində, ABŞ-da, İsraildə, Yaponiyada pensiya yaşı yüksəkdir. Məsələn, Almaniyada və İspaniyada hər 2 cins üçün pensiya yaşı artıq 67-dir. Amma, nisbətən aşağı yaşda pensiyaya çıxan ölkələr də var. Məsələn, Belçikada hər 2 cins üçün 63, Fransada 62,5-dir. Bu ölkələrdə kişilərin orta ömür uzunluğu 77-80, qadınların orta ömür uzunluğu 80-85 intervalında dəyişir. Azərbaycanda isə hər iki cins üzrə orta ömür uzunluğu 75 yaşın altındadır. Yəni bizim insanların orta yaşama müddəti göstəricisi inkişaf etmiş ölkələrdən ən azı 10-15% aşağıdır. İnkişaf etmiş ölkələrdə 65 və yuxarı yaşda əhali ümumi əhalinin 15-20%-ni təşkil edir. Yaxın zamanlarda isə bu nisbətin daha da artacağı gözlənir. Azərbaycanda isə bu göstərici çox aşağıdır- təxminən 6%. İnkişaf etmiş ölkələrdə ahıl əhalinin sayı ona görə çoxdur ki, onlar pensiya yaşından sonra uzun yaşayırlar – orta hesabla 15-20 il. Beynəlxalq standarta görə isə, pensiya yaşı elə müəyyən edilməldir ki, insanlar pensiyaya çıxdıqdan sonra orta hesabla 12 il yaşaya bilsinlər. Ən son məlumata görə, inkişaf etmiş ölkələrdə yaşlı əhalinin ən azı 70%-i 70 yaşdan sonra vəfat edir, cəmi 30%-i əmək qabiliyyətli yaşda və pensiyaya çıxdıqları ilk 5 ildə vəfat edirlər”.
Bildiyimiz kimi, dünyada “gerontologiya” deyilən xüsusi elm sahəsi var. Bu sahənin mütəxəssisləri qoclamanın bioloji, psixoloji və sosial aspektlərini öyrənir, onun səbəbləri ilə mübarizə yollarını göstərir. Hökumətlər pensiya yaşı ilə bağlı qərar qəbul edəndə bu sahənin, demoqrafların, riyazi sığorta sahəsinin (aktuarilərin), tibbi-həkim ekspertizası mütəxəsssislərin ciddi tədqiqatlarının nəticələrindən çıxış edir.
Pensiya yaşının müəyyənləşdirilməsi ilə bağlı Amerikan modeli daha maraqlıdı. Bu modelin üstünlüyü ondan ibarətdir ki, pensiyaçı pensiya yaşını özü müəyyənləşdirir. Əgər vətəndaş 40 yaşına qədər böyük bir məbləğdə sosial ödəniş edibsə, onun pensiya formasında geri qaytarılması mümkündür. Yəni, vətəndaş əmək pensiyasına çıxmaq üçün, yaş pensiyasının vaxtını gözləmir. Digər ölkələrdə Rusiyada kişilər 65, qadınlar 55 yaşında pensiyaya çıxır, lakin qadınların 63 yaşa qaldırılacağı bildirilib. Avstriyada kişilərin pensiya yaşının artırılması həddi 61,5-dən 65 yaşa qədərdir. Qadınlarda isə 56,5-dən 60-ə qədərdir. Amma 2029-cu ildən sonra yaş həddi artırılacaq və həm qadınlar, həm kişilər üçün yaş həddi 65 olacaq. Bolqarıstan da kişilər pensiyaya 63 yaşında, qadınlar isə 60 yaşında pensiyaya çıxırlar. Danimarkada qərara alıblar ki, 2024-2027-ci illərdə qədər pensiya yaşı həm kişilər, həm qadınlar üçün 65-dən 67-ə qaldırılsın. Estoniyada kişilər 63, qadınlar isə 61 yaşında pensiyaya çıxırlar. Finlandiyada kişilər və qadınlar 63 yaşında pensiyaya çıxırlar. Fransada pensiya yaşı 60-dan 62-ə qaldırılıb, amma islahat tamamilə 2018-ci ildə həyata keçiriləcək. Yunanıstanda hazırda pensiya yaşı həm qadınlar, həm kişilər üçün 60-dır, ancaq bu rəqəmi 65-ə qədər qaldırmaq istəyirlər. Niderlandda kişilər kimi qadınlar da 65 yaşında pensiyaya çıxa bilər, amma hökumətin bu rəqəmi 2020-ci ildə 66, 2025-ci ildə isə 67 yaşına qaldırmaq niyyəti var. Maltada qadınlar 60 yaşında, kişilər isə 61 yaşında pensiyaya çıxırlar. Amma 1962-ci ildən sonra doğulanlara yeni qanun tətbiq edilir, onlar 65 yaşında pensiyaya çıxacaqlar. Almaniyada Bundestaq 2007-ci ildə pensiya yaşının 65-dən 67-ə qaldırılması haqqında qərar qəbul edilmişdi, amma hər hansı şəraitdə 63 yaşında da çıxmaq olar. Alman islahatı 2030-cu ilə kimi davam edəcək. Portuqaliyada qadın və kişi pensiyaçılar üçün yaş həddi 65-dir. Rumıniyada qadınlar 60, kişilər isə 65 yaşına qədər işləyirlər. Slovakiyada kişilər 62, qadınlar isə 57 yaşında pensiyaya çıxırlar. İsveçrədə qadın və kişilər 61 yaşında pensiyaya çıxırlar. Böyük Britaniyada kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 60-dır. 2018-ci ildə pensiya yaşı hər iki cinsin nümayəndələri üçün 66 olacaq.
Məlumat üçün qeyd edək ki, BMT-nin insan inkişafına dair illik hesabatında Azərbaycan orta ömür müddətinə görə 187 ölkə arasında 125-ci yeri tutmuşdu. Hesabatda Azərbaycanda orta ömür müddəti 67 göstərilir. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycanda ort a ömür müddəti 73, 8-dir. Kişilərin orta yaş həddi 71,2, qadınların isə 76,5-dir.
NİLUFƏR