“Azərbaycan Uşaqları” İctimai Birliyinin qaynar xəttinə qadınlar tərəfindən 1 sutka ərzində sığınacağa qəbul etmə ilə bağlı 14 müraciət olub.
Tribunainfo.az yazır ki, birlik sədri Kəmalə Ağazadənin sözlərinə görə, onlardan ancaq 2 müraciəti dəyərləndirə biliblər:
“1 müraciət Mehriban Zeynalovaya, qalanları isə rayon icra hakimiyyətlərinə, polisə, sosial xidmət qurumlarına yönləndirmişik. 2 müraciət təxirəsalınmazdır. 2 müraciət başdan ayağa faciə. Məişət zorakılığı haqqında Qanuna yenidən baxılmalıdır. Mühafizə orderi regionlarda işləmir, təhsilsiz qadının hüququ yoxdur, uşaqları müdafiəsizdir.
Şantaj predmeti olan qadınlar “bilsələr öldürəcəklər!!!” stereotiplərinin burulğanında batır,intihar edir”.