10 gün ərzində 3 qadın qətlə yetirilib, 2 qadın isə bıçaqlanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı vəkil Zibeydə Sadiqova paylaşıb. O bildirib ki, qadınlar əsasən ailə üzvləri, həyat yoldaşları tərəfindən şiddətə məruz qalırlar:
“07 iyun 2025-ci il, Gədəbəy rayonu, Ə.Tağıyeva 58 yaşında qaynı üzündən bıçaqlayıb.
05 iyun 2025-ci il, Şəki şəhəri, Zəhra Əliyeva 34 yaş əri tərəfindən öldürülüb.
05 iyun 2025-ci il, Bakı şəhəri M.Abbaszadəni əri ürək nahiyəsindən bıçaqlayıb.
04 iyun 2025-ci il, Naxçıvan MR Babək rayonu, Leyla Qoçəliyeva 47 yaşında oğlu tərəfindən öldürüb.
01 iyun 2025-ci il, Bakı şəhəri, L.Vəliyeva 21 yaşı var idi. 34 yaşlı əri tərəfindən döyülərək öldürülüb”.
Gülşən Rəsul