backend

QADINLARA ÖZƏL ÇƏHRAYI TAKSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda qadın sürücülərin istifadə edəcəyi və yalnız qadın müştərilərə xidmət verəcək “çəhrayı taksi” tətbiqinə başlanılıb. 

Pakistanda qadın sürücülərin istifadə edəcəyi və yalnız qadın müştərilərə xidmət verəcək “çəhrayı taksi” tətbiqinə başlanılıb.


TİA.AZ Türkiyənin  “ Sabah “ nəşrinə istinadən xəbər verir ki, təxminən 20 milyon əhalisi olan, ölkənin ən böyük şəhəri olan Kəraçidə başlanılan çəhrayı taksi tətbiqi, qadınlara qarşı şiddət hadisələrini və cinsi təcavüzə mane olmağı hədəf məqsədinə çevirib. Çəhrayıya boyanan nəqliyyat vasitələri yolda digərlərindən asanlıqla seçilir.


 Kəraçi qadınların küçədə saxlatdırıb, mindikləri çəhrayı taksilərdə telefon, mobil və ya qısa mesaj yolu ilə də əlaqə saxlamaq mümkündür.


Qara pencək geyinən və çəhrayı hicab taxan qadın sürücülər arasında ev xanımları, gənc qızlar və tələbələr də var.

 

Çəhrayı taksi sürücülərindən olan Ayşe Siddiq verdiyi açıqlamada, bu tətbiqin qadınların kişilərin sürdüyü taksilərə minərkən iki dəfə düşündüyü Kəraçidə böyük bir çatışmazlığın aradan qaldıracağını bildirdi.

Çəhrayı taksini görənlər əvvəl təəccübləndilər deyən Siddiq, “Pakistanda qadınların kommersiya taksi istifadə etməsi, qeyri-adi bir şeydi. Son zamanlar qadına qarşı şiddət və təcavüz hadisələrinə tez-tez rast gəlirik. Ümid edirəm ki, bu tətbiq sayəsində şiddət hadisələri azalar” dedi.

Kəraçinin bağlı olduğu Sind əyalətinin Nəqliyyat naziri Səid Nasir Şah da yeni tətbiqin həyata keçirilməsi ilə bağlı verdiyi bəyanatda, qadınların tez-tez kütləvi daşıma vasitələrində təcavüzə və zorakılığa məruz qaldığına diqqəti çəkərək, “Yalnız qadınlara xidmət verən bu tətbiq, qadınların nəqliyyatdakı bir çox problemini həll edəcəkdir” deyə bildirdi.  


Digər tərəfdən, Pakistanın qadın hüquqları müdafiəçiləri isə yoxsul təbəqənin bahalı olan çəhrayı taksilərdən istifadə etməyəcəyinə qeyd edərək, dolayısıyla həm sahibkarlar zərərçəkmişlərdən əmək vermədən qazanc əldə edəcəklər, həm də tətbiq etmənin çox dar bir təbəqəyə xitab edəcəyini düşünərək narahatlıqlarını dilə gətirdi. Qadın hüquq müdafiəçiləri, tətbiqetmənin qadınların ictimai həyatdakı təhlükəsizliyinə müvəqqəti kömək olduğunu, problemlərin kökündən həllinə dair addım atılmadığına da diqqəti çəkdi.


İlahə