Yay aylarında artan istilik, qidalanma dəyişiklikləri və günəş şüaları qadın sağlamlığını birbaşa təsir edə bilər. Ən çox rast gəlinən problemlərdən biri kandida infeksiyası və vaginal flora pozuntusudur.
Tribunainfo.az bildirir ki, isti hava və tərləmə kandida göbələyinin çoxalması üçün əlverişli şərait yaradır, bu isə qaşınma, yanma və axıntı kimi əlamətlərlə müşayiət olunur.
Tətildə şəkərli içkilər və fast food kimi qeyri-sağlam qidalanma vərdişləri də vaginal mikrofloranın tarazlığını poza bilər. Eyni zamanda, günəş işığının birbaşa təsiri həssas toxumaları qıcıqlandıra və infeksiya riskini artıra bilər.
Mütəxəssislər bu problemlərin qarşısını almaq üçün bol su içməyi, pambıqlı alt geyimlər geyinməyi, islanmış geyimlərlə uzun müddət qalmamağı və sağlam qidalanmanı tövsiyə edirlər. Probiyotiklər isə vaginal florada qoruyucu təsir göstərərək kandida kimi infeksiyaların qarşısını almağa kömək edir.
Sadə tədbirlərlə yay mövsümünü sağlam və rahat keçirmək mümkündür.
Pravda.az