“Azərbaycanla silahlı konfliktin yenilənməsi mümkündür”. “Azərbaycanla silahlı konfliktin yenilənməsi mümkündür”.
TİA.AZ xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Viqen Sarkisyan lenta.ru-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, münaqişənin mümkün eskalasiyası Ermənistan üçün əlverişsizdir: “Müharibənin yenilənməsi Cənubi Qafqaz üçün ciddi təhlükə yaradacaq”.
V. Sarkisyan dolayısı ilə etiraf edib ki, Ermənistan əhalisinin mənəvi-psixoloji vəziyyəti çox aşağı səviyyədədir.
“Millətin mənəvi-psixoloji sabitliyinin möhkəmləndirilməsi haqqında söhbət gedir. Ordu gənclərin vətənpərvərliyə köklənməsi üçün məktəb ola bilər. Biz, qadınlar üçün də könüllü hərbi xidmət imkanlarını genişləndirmək üzərində işləyirik”, – deyə o bildirib.