Qadınla “Sky” otelə dincəlməyə gedən sürücü soyuldu – “iPhone 13 Pro Max”, 820 manat pul…

Qadınla “Sky” otelə dincəlməyə gedən sürücü soyuldu – “iPhone 13 Pro Max”, 820 manat pul…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nərimanov rayonunda yerləşən “Sky” hoteldə baş verən oğurluq hadisəsi ilə bağlı məhkəmə qərar verib.
Qaynarinfo-nun məlumatrına görə, oğurluq hadisəsinin 1996-cı il təvəllüdlü G.M. tərəfindən törədilməsi məlum olub.
Belə ki, qadın Cabir adlı yük avtomobili sürücüsü ilə sözügedən otelə dincəlməyə gedib. Hər iki şəxs oteldə spirti içki qəbul edərək, istirahət ediblər. Cabir yatdıqdan sonra Gülşən ona məxsus “iPhone 13 Pro Max” markalı telefonu, 125 manat nağd pulu və “Mersedes 3340” markalı yük avtomobilinin 820 manat olan açarını oğurlayıb.
Sürücüyə ümumilikdə 3600 manatdan çox ziyan dəyib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 2 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.