Əskişəhərdə arıqlamaq üçün xəstəxanaya müraciət edən 44 yaşlı Gülfer Kurtun qarnından 7 kilo 390 qram ağırlığında şiş çıxarılıb.
Tribunainfo.az Habeg Global-a istinadən xəbər verir ki, xəstəxanaya gələndə özünü hamilə hiss etdiyini bildirən Kurt, “Ultrasəsdə kütlənin böyük olduğu ortaya çıxdı.
Kurta qaz şişməsi və mədə spazmı diaqnozu qoyulub və dərman müalicəsi başlanıb.
Başqa bir xəstəxanada isə böyrək daşlarından şübhələnilib və rentgen çəkilib.
Qarnının davamlı böyüməsi səbəbindən kökəldiyini düşünən Kurt ötən cümə günü Əskişəhər Yunus Əmrə Dövlət Xəstəxanasının daxili xəstəliklər klinikasına müraciət edib.
Burada aparılan ultrasəsdə Kurtun qarnında böyük bir kütlə olduğu müəyyən edilib. Yunus Emre Dövlət Xəstəxanası Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Mehmet Zafer Tiftik tərəfindən əməliyyata alınan Kurtun qarnından 2 saatlıq əməliyyatla 85 santimetr, 7 kilo 390 qram ağırlığında şiş çıxarılıb.




