Böyük Britaniyada qadın başına zərbə dəydikdən sonra yaddaşını itirir.
“Medicina” xəbər verir ki, 2016-cı ildə, 44 yaşlı Stev Harvi suda idman növünə yazılaraq, qayıq sürməsi zamanı qayıqdan düşərək başından travma alıb.
Beyin silkələnməsindən sonra xəstəxanada qadın adını xatırlaya bilməyib. Ərini atası, qızını bacısı ilə səhv salıb.
MRT-dən sonra həkimlər onda postkontizuon sinrdom, hissəvi yaddaş itkisi diaqnoz ediblər.
Amneziya səbəbindən Stef ərini xatırlamayıb, evində yad kişi ilə yaşadığını güman edib.
İlk vaxtlar ağlayan qadın yaddaşına görə işindən də olub.
Amma zaman keçdikcə o, ərinə yenidən vurulmağa başlayıb.
“Bir neçə ildən sonra mənim başımda kifayət qədər yeni informasiya toplandı və mən anladım ki, həqiqətən yaxşı bir insana ərə getmişəm, Riçard ən yaxşı kişidir” – deyib
İndi qadın özü kimi xəstələrin reabilitasiyası mərkəzində assistent kimi çalışır.