İstər paytaxtda, istərsə də bölgələrdə taksi sifariş verərkən əksər hallarda sürücünün kişi olacağını düşünürük, ancaq son dövlərdə avtomobil sükanı arxasına əyləşərək bu fəaliyyət növü ilə məşğul olanların sayı az deyil.
TİA.AZ xəbər verir ki, belə qadınlardan biri də Nurcahan Cəbiyevadır.
O, artıq 30 ildən çoxdur ki, taksi fəaliyyəti ilə məşğuldur. Nurcahan Cəbiyeva bildirib ki, əvvəlki dövrə baxanda indi taksi sürmək daha rahatdır:”Mən sovet vaxtından taksi sürürəm, o zamanlar insanlar mənə böyük təəccüblə baxırdılar, indi hər kəsin gözü öyrəşib. Yoldaşım rəhmətə getmişdi, özüm 5 uşaq anası idim, fikirləşdim ki nə edim? Qızıllarım var idi, onları satdım, maşın aldım, başladım taksi sürməyə. Problem yaşananda onu yoluna qoyuram. Maşınıma içki içən biri minəndə onu dərhal düşürdürəm. Nurcahan Cəbiyeva bildirir ki, ilk dəfə taksi sürməyə başlayanda ailəsi ona icazə verməyib: “Böyük qardaşım hələ də məni danışdırmır, mən bəs balalarımı saxlamalıyam, ya yox?”, – deyə bildirib.
Xəzər Xəbərin mövzu ilə bağlı süjetini təqdim edirik: