Qadın onu döyən sevgilisini məhkəmədə bağışladı

Qadın onu döyən sevgilisini məhkəmədə bağışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Maqsud Bayramovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

İttihama görə, hadisə bu il paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, Maqsud Bayramov evdə qeyri-rəsmi münasibətdə olduğu (sevgilisi) zərərçəkmiş Jalə Səfərova (adı, soyadı şərtidir) ilə mübahisə edib. Bu zaman o, qadını küt əşya ilə vuraraq ona xəsarət yetirib.

Hadisədən sonra Maqsud Bayramov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Zərərçəkmiş Jalə Səfərovanın məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs ilə barışıbı, ona dəymiş ziyanın tamamilə ödənilib və heç bir şikayət və tələbi yoxdur.