Qadın öldürüldü, 27 yaşlı ögey oğlu saxlanıldı

Qadın öldürüldü, 27 yaşlı ögey oğlu saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qətl törədilib.

Dünən saat 20 radələrində 1997-ci il təvəllüdlü Qasım Abbas oğlu Məmmədovun yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsindəki evdə anası 1978-ci il təvəllüdlü İlhaməni bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.

Qadın hadisə yerində ölüb.

Q.Məmmədov polis əməkdaşları tərəfindən tutulub.

Bildirilib ki, gənc oğlan əvvəllər xuliqanlıq və narkotiklə bağlı cinayətlərə görə məhkum edilib.

***

Sabunçu Rayon Prokurorluğu hadisə barədə məlumat yayıb.

Bildirilib ki, noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərin birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.