Hollandiyanın müdafiə naziri Yanine Hennis-Plassart istefa verib.
Hollandiyanın müdafiə naziri Yanine Hennis-Plassart istefa verib.
Xanım müdafiə naziri Malidə iki holland əsgərin ölümündə özünü təqsirli bildiyindən bu addımı atıb.
O, həmçinin Hollandiya Silahlı Qüvvələrinin generalı Tom Middendorpun da istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, ötən il Malidə keçirilən təlim zamanı nasaz topların partlaması nəticəsində BMT sülhməramlılarında təmsil olunan iki holland əsgəri ölüb, biri isə yaralanıb.