Türkiyədə Dənizlinin Merkezəfəndi səmtində Saraylar Məhəlləsi 360 küçəsində yerləşən yaşayış binasının 2-ci mərtəbəsində yanğın baş verib.
Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürərkən evdə 1 yaşlı körpənin cansız cəsədini aşkar ediblər. Qadın polisə verdiyi ifadəsində körpəni öldürdüyünü və evi yandırdığını bildirib.
Yanğın zamanı evdən çıxan 53 yaşlı Mehmet A. ifadəsində həyat yoldaşı və qızının yatmazdan əvvəl televizora baxdığını, yatarkən yanğını gördüyünü bildirib. Tüstünü görəndə isə özünü çölə atıb.
Yanğından sonra polis bölməsinə gedərək təslim olan 40 yaşlı Hilal A-nın ifadəsində ərinin onu fahişəliyə məcbur etdiyi üçün körpəsini boğaraq öldürdüyünü, sonra evi yandırıb qaçdığını söylədiyi öyrənilib.