2006-cı ildə polikistik over sindromu diaqnozu qoyulan Keyt Hill adlı qadın və həyat yoldaşı Peter övlad sahibi olmaq istəyiblər.
2006-cı ildə polikistik over sindromu diaqnozu qoyulan Keyt Hill adlı qadın və həyat yoldaşı Peter övlad sahibi olmaq istəyiblər.
TİA.AZ publika.az saytına istinadən xəbər verir ki, hormon müalicəsi alan Keyt 10 gün ərzində 2 dəfə hamilə qalıb. Dünyada superfetasiya adlandırılan hamiləlik növünə sadəcə 10 dəfə rast gəlinib.
Superfetasiya, yəni hamilə ikən hamilə qalmaq hadisəsi Avstraliyada baş verib. Keyt 10 gün ərzində 2 dəfə hamilə qalıb.
Ən qəribəsi isə odur ki, cütlük sadəcə bir dəfə intim münasibətdə olub.
Üçəmlərini gözləyən ana hamilə olan zaman onlardan birini itirib. Onun iki övladı dünyaya gəlib. Valideynləri əkizlərə Oliviya və Şarlott adını veriblər.
Doğum anı ilin fotoqrafı seçilən Selena Rollason tərəfindən görüntülənib.