İyulun 14 günü ərzində ölkədə 4 qadın qətlə yetirilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı vəkil Zibeydə Sadıqova paylaşıb. O bildirib ki, bu qadınlar ailə üzvləri tərəfindən qətlə yetirilib:
“14 iyul 2025-ci tarixində Sabirabad rayonunda 85 yaçlı Balabikə Zeynalovanı oğlu döyərək öldürüb.
07 iyul 2025-ci tarixi də Qobustan rayonunda 24 yaşlı Günel Ağabəylini qaynatası bıçaqlayaraq öldürüb.
02 iyul 2025-ci il tarixində Sumqayıt şəhərində 40 yaşlı Aygün Bağırovanı əri bıçaqlayaraq öldürüb.
01 iyul 2025-ci tarixində də Xaçmaz rayonunda 43 yaşlı Kifayət Lətifovanı oğlu qətlə yetirib”.
Gülşən Rəsul