Qadın bıçaqla aptekə hücum edib pul apardı – BİNƏQƏDİDƏ

Qadın bıçaqla aptekə hücum edib pul apardı – BİNƏQƏDİDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda quldurluq etmiş qadın tutulub. TİA.AZ  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X.Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.

Araşdırma aparılır.