Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs həbs edilib.
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs həbs edilib.
Bu barədə TİA.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aygün Xankişiyevanın 2016-cı ilin fevral-aprel ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə o, tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.