Qapalı məkanlarda siqaret çəkmək qadağan olunsa da, əksər kafe və restoranlarda heç xəbərdaredici yazı da yoxdur ki, burada siqaret çəkmək qadağandır.
TİA.AZ ARB TV-yə istinadən xəbər verir ki, ötən ilin dekabr ayından qadağan olunmasına dair qanunun qəbul edilməsinə baxmayaraq, qapalı yerlərdə siqaret çəkənlərə tez-tez rast gəlinir.
Deputat Musa Quliyev bildirib ki, tütün istifadəsinin məhdudlaşdırılması haqqında qanun qəbul olunub. Qanunun icraya yönəldilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edildi. Cənab prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Sonra artıq cərimə sanksiyaları işə düşəcək.