“Qaçqınkom”  bir qrup sakinin evini əlindən alır – Məhkəmə

“Qaçqınkom” bir qrup sakinin evini əlindən alır – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Deportamenti bir qrup sakinin evini əlindən alır.

Tribunainfo.az xəbər verir ki, bu məqsədlə komitə 4 vətəndaş haqqında məhkəmədə iddia qaldırıb. İddia İsmayılova Aygün Eyvaz qızı, Məmmədova Sənubər Fazil qızı, İbrahimova Aysel Yusif qızı, İbrahimova Leyla Yusif qızına qarşı qaldırılıb.
İşin mahiyyəti mənzil mübahisəsidir. İddiaçı tərəf olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Deportamenti yuxarıda adı çəkilən sakinlərin yaşadıqları mənzildən çıxmalarını tələb edir. İş Gəncə Apellyasiya Məhkəməsindədir. 10 iyul tarixində hakim Fikrət Mehtiyevin sədrliyi ilə işə baxılacaq.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar