Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olna Müəssisələrinin müdriyyəti yeni tenderinin nəticələrini elan edib. Tribunainfo.az xəbər verir ki, bu satınalma prosesi elektrikli quyu nasoslarının satınalınmasını əhatə edəcək.
Rəsmi mənbələrdə “Nurel Elektrik” MMC ilə 699.852,1 manatlıq müqavilə imzalandığı qeyd edilir.
Tribunainfo.az sözügedən şirkətlə bağlı müəyyən araşdırma aparıb. Bu zaman məlum olub ki, şirkətin rəsmi səhifəsi yoxdur. Bundan başqa, ünvanı da konkret olaraq bəlli deyil. Məsələn, Yandex.ru-nun arama sistemində “Nurel Elektrik”in hüquqi ünvanı kimi Qaradağ rayonu, Lökbatan qəsəbəsi göstərilsə də, şirkətin hazırda fəaliyyət göstərmədiyi qeyd edilib.
Bundan başqa, facebookda Nurel Elektrik adlı səhifədə də konkret rəhbərin kim olması barədə bilgi yoxdur. Yalnız topdansatış işləri ilə məşğul olduqları qeyd edilir.
Amma burada kiçik bir ip ucu “Nurel Elektrik” MMC-nin başqa bir şirkətin ya törəməsi olduğunu, ya da onun bazası əsasında yaradıldığını demək üçün müəyyən fikir irəli sürməyə əsas verib. Belə ki, söhbət “Soliton” MMC-dən gedir ki, bu şirkət Azərbaycanda elektrotexnika satışı sahəsində ən aparıcı şirkətlərdən biri hesab olunur. Və maraqlı detal odur ki, Fəyyaz Məmmədov adlı şəxs “Nurel Elektrik”in reklamını apardığı halda, bir müddət sonra “Soliton”da məsul vəzifəyə çəkilib.
Elə bu halın özü də belə deməyə əsas verir ki, iki şirkət arasında sıx bağ var və “Soliton” “Nurel Elektrik”i özünün törəmə şirkəti kimi yaradıb.
Bu əsnada onu da bildirək ki, “Nurel Elektrik” əvvəlki dönəmlərdə də bir çox tenderlərdə iştirak edib. Məsələn, ANAMA bir müəddt əvvəl bu şirkətdən 242 832 manatlıq elektrik avadanlıqları alıb.
Bundan başqa, sözügedən şirkət Sumqayıt Şəhər İcra Hakimiyyətinin də ard-arda bir neçə tenderinə qatılaraq, 1 milyon manata yaxın dəyərində satınalma müqaviləsi imzalayıb.