“Qaçqınkom” 5.5 milyona nasos və transformator alır: Müəmmalı “İnterkabel”

“Qaçqınkom” 5.5 milyona nasos və transformator alır: Müəmmalı “İnterkabel”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi (qısaca “Qaçqınkom”) dünən iki tender keçirib.

Tribunainfo.az xəbər verir ki, nəticələri açıqlanan tenderlərdən biri Bakı şəhəri və İmişli rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmiri ilə bağlıdır.

Komitə bu məsələdə “FƏRİD” firması ilə anlaşıb. Nəzərdə tutulmuş təmir işlərinə görə isə şirkətə 294 min 995 manat ayırıb.

“Qaçqınkom”un ikinci tenderi isə daha maraqlıdır. Tribunainfo.az xəbər verir ki, Komitə elektrotexniki avadanlıqların satınalınması məqsədi ilə bu müsabiqəni təşik edib. Tenderin qalibi “İNTERKABEL” firması olub ki, ona 5 milyon 497 min 60 manat pul ödəniləcək.

Bəs, bu şirkət belə yükək məbləğə “Qaçqınkom”a nə alacaq? Açıq mənbələrdə qeyd edilir ki, “İNTERKABEL” firması komitənin sifarişinə əsasən 15 gün ərzində 448 dəst su nasosların sifarişçiyə çatdırmalıdır. Bundan başqa, eyni gündə 120 dəst transformatorların da çatıdırlmasını təmin etməlidir.

İşin ikinci maraqlı təfəri odur ki, “Qaçqınkom” eyni gücə malik məhsulları müxtəlif adlarla alınmasını müsabiqəsində qeyd edib. Yəni, enerji gücü, ötürmə qabiliyyəti və sair parametrləri eyni olan məhsulları ayrı-ayrı göstərməklə, hətta saylarını da müxtəlif yazmaqla nə etmək istədiyi bəlli deyil.

Xatırladaq ki, “İnterkabel” Firması 16 sentyabr 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Ramil Arif oğludur. Ramil Babayevdən əvvəl şirkətə Molanov Yasin Xanoğlan oğlu, ondan əvvəl isə Manafov Rafiq Hidayət oğlu rəhbərlik edib.

Hər üç şəxs haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Onu da bildirək ki, şrikət cari ilin son bir ayında üç tenderin qalibi olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 5 milyon 144 min 945 manat təşkil edib.  Ötən il isə “İnterkabel” Firması 9 tenderin qalibi seçilib. Şirkət bu tenderlər üzrə toplam olaraq 13 milyon 173 min 890 manatlıq sifariş alıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur