2009-cu ildən vəzifədə olan Qabon prezidenti olan və hərbçilər tərəfindən devrilmiş 64 yaşlı Əli Bonqo Ondimbanın evində axtarış aparılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Cekson Hinkl X (keçmiş Twitter) səhifəsində bildirib.
Hərbçilər axtarış nəticəsində keçmiş prezidentin evindən pullarla dolu çantalar aşlar ediblər.
Jurnalist axtarışlar zamanı çəkilmiş görüntüləri dərc edib. Videoda avro, dollar və frankla doldurulmuş təxminən on iri çamadan və çanta göstərilir. Xatırladaq ki, avqustun 26-da Qabonda prezident, parlament və bələdiyyə seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, 2009-cu ildən prezident olan 64 yaşlı Əli Bonqo Ondimba 64,27 faiz səslə qalib gəlib və bununla da üçüncü müddətə yenidən seçilib. Ali Bonqo Ondimba ailəsi 56 ildir Qabonu idarə edir. 1967-ci ildən ölkənin əvvəlki prezidenti onun atası Ömər Bonqo olub.
Ali Bonqo Ondimbanın əsas rəqibi, iqtisadçı professor Albert Ondo Ossa rəsmi rəqəmlərə görə 30,77% səs toplayıb. Müxalifət yenidən seçilən prezidenti seçki saxtakarlığında ittiham edib. Səsvermənin sonunda ölkədə komendant saatı tətbiq edilib və internet bağlanıb.
Bundan sonra Qabon hərbçiləri televiziya vasitəsilə prezident seçkilərinin nəticələrinin və dövlət qurumlarının ləğv edildiyini bəyan ediblər. Onlar ölkədə keçirilən prezident seçkilərinin nəticələri ilə razılaşmadıqları üçün hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər. Hərbçilər həmçinin Qabonun sərhədlərinin “sonrakı xəbərdarlığa qədər” bağlı olduğunu bildiriblər.