Qabonda hərbi çevrilişin qarşısı alınıb

Qabonda hərbi çevrilişin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qabonda hərbi çevrilişin qarşısı alınıb.

SalamNews-un “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələri dövlət radiosunu ələ keçirərək dövlət çevrilişinə cəhd edən üsyançı hərbçiləri həbs ediblər.

Ölkənin kommunikasiya naziri Guy Bertran Maponqu bildirib ki, əməliyyat zamanı 4 hərbçi saxlanılıb, biri isə qaçıb.

Nazir bildirib ki, iki-üç saat ərzində ölkədəki vəziyyət tamamilə normallaşacaq.

Qeyd olunur ki, səhər saatlarında televiziya binasına daxil olan hərbçilər hakimiyyəti ələ keçirdiklərini və yaxın günlərdə “Milli bərpa şurası”nın yaradılacağını bəyan edib.