Qabil Hüseynli: Qəzzada atəşkəs ancaq o vaxt olacaq ki…backend

Qabil Hüseynli: Qəzzada atəşkəs ancaq o vaxt olacaq ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu (ÇAXAL) 4 girovu xilas edən zaman digər 3-nü də öldürüb. HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qəssam Briqadası məlumat yayıb. “Bilmənizi istərdik ki, girovların xilas edilməsi zamanı İsrail ordusu 3 girovu öldürüb”, – deyə bildirilib.
ABŞ Qəzza zolağında girovların axtarışı və xilas edilməsində İsrailə kömək edir. Bunu xəbər ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Bir neçə aydır ki, ABŞ Qəzzada girovların saxlandığı yerlərin müəyyən edilməsində və onların xilas edilməsində İsrailə dəstək verir. Bir şeyi deyə bilərəm ki, ABŞ qüvvələri əməliyyatda iştirak etməyib”, – Sallivan qeyd edib. Öldürülənlərdən birinin ABŞ vətəndaşı olduğu deyilir.
Professor Qabil Hüseynli Tribunainfo.az-a bildirib ki, Qəzza müharibəsi insan fəlakəti ilə nəticələnir. Onun fikrincə, HƏMAS girovların hamısını qaytarmasa, İsrail ordusu dayanmayacaq. Politoloqa görə, bu da hər gün onlarla dinc insanın ölümü deməkdir: “Maraqlıdır ki, Fələstin özü müharibədə iştirak etmir, Mahmud Abbas hökuməti kənarda qalıb, fələstinlilər isə qırılırlar. Bu prosesdə HƏMAS-ı dəstəkləyən ölkələr var. Müharibə bu gedişlə uzana bilər. Çünki HƏMAS kənardan silahlanır, Hizbullah və digər güclər də İsrailə müqavimət göstərirlər. Atəşkəs girovlarsız olmayacaq”.

Roman