QABİL HÜSEYNLİ: İSRAİL İRANA QARŞI İLİN SONU ƏMƏLİYYATLARA BAŞLAYA BİLƏR

QABİL HÜSEYNLİ: İSRAİL İRANA QARŞI İLİN SONU ƏMƏLİYYATLARA BAŞLAYA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birmənalı məlumdur ki, İran hadisələrin içindədir. Hətta iranlı təlimatçılar hücumların təşkilində iştirak ediblər. Bu səbəbdən İsrail rəsmiləri də bəyan ediblər ki, İran prosesin içindədir və buna görə cavab verməli olacaq”. Bu fikirləri Tribunainfo.az-a professor Qabil Hüseynli Həmas-İsrail münaqişəsi haqda söyləyib. Professorun sözlərinə görə, Tehran rəsmiləri də gizlətmədən qeyd edirlər ki, HƏMAS-ın hücumlarına dəstək verirlər: “Məncə, İsrail HƏMAS-ı bitirdikdən sonra İrana qarşı əməliyyatları ABŞ-la müzakirə edəcək. HƏMAS-ın tamamilə sıradan çıxmasından sonra bu ilin sonu, yaxud gələn ilin əvvəli İrana qarşı antiterror əməliyyatları başlana bilər”.