Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Fransa prezidenti Fransua Ollandın erməni həmkarı Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi üçün martın 8-də Parisə dəvət etməsinə və Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə səsləndirdiyi fikirə münasibət bildirib.
Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Fransa prezidenti Fransua Ollandın erməni həmkarı Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi üçün martın 8-də Parisə dəvət etməsinə və Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə səsləndirdiyi fikirə münasibət bildirib.
Q.Hüseynli Publika.az-a açıqlamasında deyib ki, Fransua Olland hakimiyyətdən getmək ərəfəsində bu cür bəyanatlar səsləndirməklə erməni lobbisi ilə münasibətlərini və imicini yaxşılaşdırmağa çalışır:
“İndiyədək ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa Dağlıq Qarabağ münaqişəsinin konstruktiv və ədalətli həlli istiqamətində bir dəfə də müsbət addım atmayıb, hər zaman Ermənistanın tərəfini tutub. İndi isə Fansua Olland sözügedən çıxışları ilə lap ağını çıxardıb. Əvvəla, “Madrid prinsipləri” Azərbaycan tərəfindən qəbul edilmir. Azərbaycan tərəfinin “Madrid prinsipləri” sənədinə 14 düzəlişi mövcuddur və onu da “yenilənmiş Madrid prinsipləri” adlandırırlar. Azərbaycan dövləti “yenilənmiş Madrid prinsipləri” əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışılmasını təklif edir.
Digər tərəfdən isə “Madrid prinsipləri” sənədində separatçı əhali nə “Dağlıq Qarabağ Respublikası”, nə də “arsax xalqı” adlanmır. Çünki Dağlıq Qarabağda ermənilərdən daha çox azərbaycanlılar yaşayıb. Bütün bunları nəzərdən keçirərək, Fransua Ollandın guya Dağlıq Qarabağda yaşayan erməni əhalisinin öz müqəddəratını həll etdiyi ilə bağlı fikirləri riyakarlığın və ikiüzlülülüyün simvoludur”.
Q.Hüseynli qeyd edib ki, Fransa çox riyakar və ikiüzlü dövlətdir:
“Fransa o dövlətdir ki, dünyada ikinci dəfə qondarma erməni soyqırımını tanıyıb, bu “soyqırımı” etiraf etməyən şəxslərə qarşı cəza nəzərdə tutulan qanun layihəsini senata təqdim edib və s. Yəni, Fransa açıq şəkildə erməniləri özünün bacısı adlandırır. Çox təəssüf ki, Fransa prezidenti 10 milyona yaxın vətəndaşımızın hüququnu nəzərə almadan, Azərbaycanın 20 faizdən çox torpağını işğal edən, bir milyondan çox insanımızı qaçqın və məcburi köçkün vəziyyətinə salan ermənilərə “öz müqəddəratını həll etməyi” təklif edir. Halbuki, həmin ermənilər Fransa kimi, Azərbaycan ərazilərinə də ötən əsrlərdə köçüb gəliblər. Onsuz da ermənilər bir dəfə Azərbaycan torpaqlarında öz müqəddəratını təyin ediblər. Dünyada çox az sayı olan kiçik bir xalqa ikinci erməni dövlətinin yaradılmasına kim imkan verər? Vaxtilə Ermənistan da Azərbaycanın tarixi torpaqlarında yaradılıb”.
Qeyd edək ki, Fransa prezidenti Fransua Olland erməni diasporunun üzvləri ilə görüşdə bildirib ki, “Madrid prinsipləri” tətbiqi olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər.