backend

Qabil Hüseyinli: “CİDDİ DİVİDENTLƏRİ OLACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Bakıda dünya və Azərabaycan üçün çox əhəmiyyətli olan bir tədbir keçirildi. 

Dünən Bakıda dünya və Azərabaycan üçün çox əhəmiyyətli olan bir tədbir keçirildi. 

Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda toplandılar. Görüşdə tərəflər hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin yaranması risklərinin azaldılması sahəsində birgə işin istiqamətlərini müzakirə edib, habelə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

General Cozef Danford və ordu generalı Valeri Gerasimov ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti, Avropa, Yaxın Şərq, Şimali Afrika və dünyanın digər mühüm regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar.

Politoloq Qabil Hüseynli TİA.AZ-a bu tarixi görüşün ölkəmizdə gətirəcəyi dividentlərdən danışdı: “Dünya  gərgin dövrlərini yaşayır və  bu gərginliyin yaradılmasında Rusiya həlledici rollardan birini oynayır, həm də Amerikanı da günahlandırır.  Dünyanın taleyi bu iki dövlətin dil tapmasından xeyli dərəcədə asılıdır. Dövlətlər bir-biri ilə əlaqə qurmağa və dünya üzrə bu və ya digər riskli hərbi əməliyyatlar apararkən fəaliyyətlərini uzlaşdırmağa yönəlmiş tədbirləri və digər dünyanın gərginlik mənbələrini hərbi nöqteyi-nəzərdən müzakirə etməyi qərara alıblar. Bildiyimə görə, ABŞ-ın məsləhəti ilə mərkəz -görüş yeri kimi Bakı seçilib və  bu təsadüfü deyil. Bakı bu gün həm təhlükəsizlik səviyyəsinə görə, həm də ölkədəki sabitliyinə görə, eləcə də Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı fəal rola görə seçilib.

Azərbaycanın siyasi rəhbərliyinin  prezident başda olmaqla rolu çox böyükdür. Bu gün Azərbaycan bir sıra beynəlxaq tədbirlərin keçirildiyi məkana çevrilib. Məsələn, BMT-nin təşəbbüsü ilə keçirilən Miqrasiyalararası Forumu,  ötən ilin oktyabrında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, həmçinin Bakıda V Beynəlxalq Humanitar Forumu keçirildi. Sivilizasiyalararası problemləri müzakirə edən forumları “Bakı prosesi” də adlandırırlar. Çünki bunlar daim Bakıda keçirilir. Baş Qərargahlar rəislərinin görüşünün məhz burda keçirilməsinə gəldikdə isə, indi bu saat dünyanı təhdid edən məsələlərdən biri beynəlxalq terrorizimdir. Beynəlxalq terrorizm də əsasən islam terrozmi kimi qələmə verilir. Bu yanlış olsa da, məcburuq ki, bu termini qəbul edək.

Amerikanın yer kimi nümünəvi  bir islam dövlətinin paytaxtını seçməsi heç də təsadüfi deyil.

Çünki Azərbaycan dünyəvi bir  ölkədi. Burda Azərbaycan özü beynəlxalq terrorizmə qarşı aparılan sülhməramli əməliyyatlarda iştirak edir. Vaxtilə Azərbaycanın bir taboru- 120 nəfər olmaqla  5 ildən artıq İraqda iştirak etdi. İndi 10 ildən artıqdır ki, Azərbaycanın yenə sülhməramlı tədbirlərdə iştirak edən bir taboru Əfqanıstandadır və  taliban terroçularına qarşı mübarizədə iştirak edir. İndi bunlar Azərbaycanın imicini, Azərbaycanın ekudilyar və dünyəvi ovqatını tanıdan bir amildir. Mənim zənnimcə, tədbirin müsəlman ölkəsində keçirilməsi ideyası ABŞ-a məxsusdur və bunun müzakirə edən məsələlərin sanbalını artıracağını yəqin ki, nəzərədə tutublar. Belə bir nümunəvi ölkə isə Azərbaycan və onun paytaxtı Bakı şəhəri olub. Azərbaycan  bu saat beynəlxalq münasibətdə çox çevik bir rol oynayır. Bizim apardığımız xarici siyasət xəttindən sonra bir çox prinsipal dünya məsələlərində tutduğumuz mövqe, əlbəttə ki, dünyada gedən proseslərin məntiqinə uyğundur və dünya tərəfindən təqdrilə qarşılanır. Bunun nəticəsi kimi  Azərbaycan keçmiş Sovet ölkələri içərisində ilk dəfə olaraq təhlükəsizlik şurasına 3 il müddətinə keçici üzv seçildi. Onun 6 ayını təhlükəsizlik şurasının sədri missiyasını yerinə yetirir.

Bu görüş doğurdan da Azərbaycana göstərilən cox böyük  etimaddı. Ciddi dividentləri olacaq. Çünki bu Azərbaycanın paytaxtının xüsusu çəkisini bir daha artırdı və beynəlxalq görüşlər üçün onun yenidən rolunu xeyli qaldırdı. Bir də  Rusiya və ABŞ arasında olan munasibətlərin hələ bundan sonrakı müzakirələri davam edəcək. Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi səviyyəsində görüşlər ola bilər. Çünki çox böyük gərginliklər var. Bu gərginlik heç cürə aşağı düşmür və həmin görüşlər yenə də Bakı şəhərində keçirlə bilər. Bu isə Bakıya, Azərbaycana xeyli divedentlər gətirə bilər. Ölkəmizin imicini, ölkəmizin reputasiyasını xeyli qaldıra bilər. Nəticə etibarı ilə  beynəlxalq münasibətlərdə Azərbaycanın sambalı, xüsusi çəkisi arta bilər. Bizim üçün çox vacibdir. Çünki Azərbaycanın tanınması,  onun probleminin dünyada tanıdılması üçün bu konteksdə işlər daha uğurla aparıla bilər”. 

Nilufər