Q.Paşayeva Kanada və Braziliyanın tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Q.Paşayeva Kanada və Braziliyanın tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb.

 

Millət vəkili Q.Paşayeva Kanada və Braziliyanın tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb.

Milli Məclisin deputatı Q. Paşayeva Kanadanın və Braziliyanın tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan mədəniyyəti, iqtisadi və turizm potensialı ilə bağlı məlumatlar verib. Q. Paşayeva Kanada və Braziliya heyətinə Ermənistanın işğal etdiyi Azərbaycantorpaqlarındatörətdiyivandalizmaktları ilə bağlı məlumatlarverib. Deputat nümayəndə heyətinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

TİA.AZ