Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin administrasiyasının rəhbərinin keçmiş müavini, hüquqşünas Andrey Portnov bu yaxınlarda digər keçmiş prezident Pyotr Poroşenkoya qarşı sayca 13-cü olacaq yeni cinayət işinin açılacağını bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Andrey Portnovun sözlərinə görə, Poroşenko bu dəfə prezident olduğu dövrdə başqa isimlə Maldiv adalarında dincəlməsinə göörə ittiham oluna bilər.
Onun iddiasına əsasən keçmiş dövlət başçısı 2018-ci ilin yanvar ayında bir qrup adamla, həm də başqa adlarla Ukraynanın hüdudlarından kənara, daha doğrusu, Maldiv adalarına yola çıxıb. Buna görə hazırda hava limanının əməkdaşları, sürücülər, cangüdənlər, sərhədçilər, gömrük işçiləri soğru-suala çəkiləcək. Saxta isimlə səyahət edənlərin xaricdə əmlaklarının olub-olmaması, habelə onların ofşor hesabları yoxlanılacaq.
Ukraynanın “strana.ua” saytı həmin vaxt gəzintidə iştirak etmiş şəxlsərin hansı saxta adlardan istifadə etdiyini açıqlayıb. Burada Vera Lazaryeva, İvan Dexterev (Ivan Dekhteriev), Yevgeniya Safonova (Evheniia Safonova), Aleksandr Sışikov (Oleksandr Syshchykov), Vitaliy Kokorin və s. kimi isimlər diqqət çəkib.
Portalın verdiyi məlumata əsaəsn, son iki ildə Pyotr Poroşenko 3 dəfə ailəsi və yaxınları ilə birlikdə Maldivlərdə, habelə İspaniyada, dincəlib. Bundan başqa o, Norveç və Fransanın da füsunkar yerlərində istirahət etməyə vaxt tapıb. Maldiv adalarında onun adı “Mr. Incognito Petro Ukraine” kimi qeyd olunub. Onun ailə üzvlərindən biri isə özünü Vitali Kokorin kimi göstərib.
Saxta sənədlər Ukrayna Təhlükəsizlik Xİdməti tərəfindən hazırlanıb. Xəbərdə həmin sənədlərin sayının Poroşenkonun bütün nəslinə, körpələrinə, hətta dayələrinə belə, bəs etdiyi” qeyd olunur.
Ukrayna prezidentinin Maldivlərdəki 6 günlük istirahətinin dövlət büdcəsinə ağır yük gətirdiyi qeyd olunur. Belə ki, Pyotr Poroşenkonun qaldığı otelin hər sutkasına görə 46 min dollar pul ödənilib.
Ümumiyyətlə, keçmiş prezidenitn il ərzində xaricdəki əyləncələrinə yarım milyon dollar sərf etdiyi güman olunur.