“NATO donanmasının Azov dənizinə gəlməsi Rusiyanın Kerç boğazının işğalına qarşı mübarizə aparan Ukrayna üçün əsl yardım olardı”.
Musavat.com Ukraynanın “Qordon” agentliyinə istinadən xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko NATO-dakı müttəfiqlərindən bu sözlərlə kömək istəyib.
Ukrayna prezidenti Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibədə Rusiyanın tamamilə Azov dənizini ilhaq etmək istədiyini qeyd edib.
Ukrayna rəhbərinin sözlərinə görə, Kremlin tək anladığı dil “Qərbin birlikdə ona qarşı toplanaraq cavab verməsi”dir.
Prezident Poroşenko Almaniyanın da Ukraynanın müttəfiqi olduğunu xatırladaraq, Berlinin əlində bir çox məsələlərdə, o cümlədən Rusiya ilə bağlanan enerji layihələri ilə bağlı rəsmi Moskvaya qarşı istifadə edə biləcəyi rıçaqların mövcud olduğuna işarə vurub.
Xatırladaq ki, noyabr ayını 25-də Rusiya Federasiyasının Hərbi-dəniz qüvvələrinə məxsus gəmilər Qara dənizdə Ukraynanın “Berdyansk”, “Nikopol” və “Yanı Kapu” katerlərini ələ keçirib və 24 ukraynalı hərbçini əsir alıb.