Pyotr Poroşenko: “Bizi Rusiyaya birləşdirən son bağ da qoparıldı”

Pyotr Poroşenko: “Bizi Rusiyaya birləşdirən son bağ da qoparıldı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın avtokefal kilsəsinin tomos (Rusiya Moskva patriarxlığından azad olmaq barədə sənəd) almasından sonra bu ölkənin Moksva ilə son bağlarını da qopardığını bəyan edib.

“Ukrayna avtokefal müstəqil pravoslav kilsəsinin yaradılması bizim müstəqilliymizin girovudur. Bu, bizim mənəvi azadlığımızın təməlinin əsasıdır. Biz həm Moskvadan, həm də onun Ukraynanı “müqəddəs ərazi” kimi gördüyü fantaziyalarından da qurtulduq” – deyə Poroşenko Ukrayna mediasına bildirib.

Ukrayna lideri ölkə vətəndaşlarının başqa arzularının da yerinə yetəcəyinə ümid etdiyini söyləyib.

Ukraynanın dövlət başçısı dünyadakı bütün müstəqil pravoslav kilsələrini də yeni Ukrayna Pravoslav Kilsəsinin varlığını tanımağa çağırıb.

Qeyd edək ki, Moskva patriarxlığı İstanbul patriarxı I Varfolemeyin qərarını və onun legitmliyini tanımaqdan imtina edib.