PYD terrorçuları Suriyada mülki şəxslərə belə işgəncə verir – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Suriyada mülki əhaliyə işgəncə verdiyini sübuta yetirən video yayılıb. 

PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Suriyada mülki əhaliyə işgəncə verdiyini sübuta yetirən video yayılıb.

TİA.AZ xəbər verir ki, mətbuatda yayılan bir videoda PYD terrorçularının İŞİD-lə mübarizə bəhanəsi ilə girdikləri Raqqanın ətraf bölgələrində mülki şəxslərə işgəncə verdikləri əks olunur.

Türkiyənin Anadolu Agentliyinin əldə etdiyi bir videoda Raqqanın qərbində yerləşən Mansura rayonunda PYD terrorçuları iki mülki vətəndaşa işgəncə verirlər.

Təxminən bir ay əvvəl çəkilən videoda terrorçular mülki şəxslərə işgəncə verərəkən “İŞİD üzvü olmadığını bilirik. Amma bizə İŞİD üzvlərinin yeri söylə” deyirlər.

Həmin videonu sizə təqdim edirik: